AZ

Türkiyə müdafiə nazirindən xəbərdarlıq: İmkan verməyəcəyik

BAKI, 6 sentyabr. TELEQRAF

“PKK terror təşkilatının başqa adlar altında fəaliyyət göstərməsinə imkan verməyəcəyik”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Yaşar Gülər deyib.

“PKK və ona bağlı bütün qruplar edilən çağırış və özünüləğv qərarına uyğun olaraq bütün terror fəaliyyətlərini dərhal dayandırmalı, yerlərindən asılı olmayaraq müxtəlif coğrafiyalarda və fərqli adlar altında fəaliyyət göstərən bütün uzantıları dərhal və qeyd-şərtsiz silahlarını təhvil verməlidir. Bir daha bəyan edirəm: heç bir terror təşkilatının, xüsusilə PKK/YPG/SDQ-nin bölgədə kök salmasına, fərqli adlar altında fəaliyyət göstərməsinə qətiyyən icazə verməyəcəyik”, - nazir bildirib.

Yaşar Gülər qeyd edib ki, Türkiyənin yeganə məqsədi sərhədlərinin təhlükəsizliyini təmin etmək, regional təhlükəsizlik və sabitliyi qorumaqdır:

“Bu kontekstdə hadisələri yerində diqqətlə izləyirik və Suriyanın ərazi bütövlüyünü, bütün etnik və dini qrupların təhlükəsizlik, sülh və rifah içində birgə yaşamalarını təmin etmək üçün səylərimizi davam etdiririk”.

Seçilən
89
teleqraf.com

1Mənbələr