Olaylar.az xəbər verir ki, Zelenski sentyabrın əvvəlindən etibarən Rusiyanın ölkəsinə qarşı minlərlə hücum həyata keçirdiyini açıqlayıb.
Onun sözlərinə görə, bu müddətdə Ukraynaya qarşı 1300-dən çox zərbə dronu, təxminən 900 zenit raketi və 500-ə yaxın raketdən istifadə olunub:
"Rusiya bu müharibəni uzadır və diplomatiyanı açıq-aşkar pozur. Buna isə vahid cavab olmalıdır - hücumlara, dağıntılara, diplomatik səylərin və sivil dialoqun görməməzliyə vurulmasına qarşı", - deyə Zelenski bəyan edib.
Prezident vurğulayıb ki, beynəlxalq birlik Rusiyanın bu addımlarına qarşı daha sərt mövqe sərgiləməlidir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31