AZ

İtaliya millisinin baş məşqçisi futbolçulara sillə vurdu

BAKI, 6 sentyabr. TELEQRAF

İtaliya milli komandasının baş məşqçisi Cennaro Qattuzo Estoniya ilə keçirilən DÇ-2026-nın seçmə oyununun fasiləsində futbolçularını motivasiya etmək üçün qeyri-adi üsula əl atıb.

Teleqraf “Sky Sport” nəşrinə istinadən xəbər verir verir ki, 47 yaşlı mütəxəssis debüt matçında futbolçularına sillə vurub.

Beləliklə, İtaliya yığması matçın ikinci hissəsində 5 qol vuraraq böyük hesabla qalib gəlib.
Qarşılaşmadan sonra yığmanın üzvü Alessandro Bastoni jurnalistlərə açıqlamasında deyib: “Qattuzo bizə çox qətiyyət və inad verdi. Hətta bir-iki şillə də vurdu. Açığı, bunun bizə faydalı olduğunu düşünürəm”.

Onun komanda yoldaşı Cakomo Raspadori də bu sözləri təsdiqləyib: “Bəli, məşqçi həqiqətən şillə vurdu. Mənim ensəmə də biri dəydi”.
Qeyd edək ki, Cennaro Qattuzo iyunda İtaliya millisinin baş məşqçi postuna keçib. Onunla 1+1 illik müqavilə imzalanıb.

Seçilən
21
teleqraf.com

1Mənbələr