AZ

Mbappe Anriyə çatdı - Rekorda az qaldı

Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsinin ilk turunun Ukrayna ilə oyununda (2:0) yekun nəticəni müəyyənləşdirən qolun müəllifi olub. 

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu, onun "üçrənglilər"in heyətində 51-ci qolu olub. 

26 yaşlı futbolçu bu göstəricidə Fransa millisinin sabiq hücumçusu Tyeri Anriyə çatıb. Hazırda yığmanın bombardiri hesabında 57 qol olan Olivye Jirudur. 38 yaşlı forvard 2024-cü il Avropa çempionatından sonra beynəlxalq karyerasını başa vurub.

Didye Deşamın komandası dünya çempionatının seçmə mərhələsinin növbəti oyununda İslandiya ilə qarşılaşacaq. Qarşılaşma sentyabrın 9-da baş tutacaq.

Mirağa

Seçilən
114
fanat.az

1Mənbələr