AZ

Xameneyinin adamına sərt cavab: “Fars şovinizminə qalib gələndə...”

İran rəhbəri Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli bildirib ki, Azərbaycan dövləti dəfələrlə İran azərbaycanlılarını öz xalqı kimi təqdim edib və özünü onların himayədarı hesab edir:

"Azərbaycan dövlətinin Trampı çox bəlağətli və heyrətamiz şəkildə tərifləməsi İran azərbaycanlılarının ürəyini dağlayıb. Buna görə də öz xalqını bu şəkildə təhqir edəcəyini gözləmirdik".

İran rəhbəri Əli Xameneyinin Ərdəbil əyalətindəki nümayəndəsi, Prezident İlham Əliyevin Donald Trampın Nobel Sülh Mükafatına layiq olduğunu bildirməsini narahatlıqla qarşılayıb və bunun "İran azəriləri"ni qəzəbləndirdiyini iddia edib. 

Halbuki sosial şəbəkələrdəki şərhlərdən açıq şəkildə görünür ki, Güney Azərbaycanda İlham Əliyevə qarşı geniş rəğbət və hörmət mövcuddur.

Qeyd edək ki, Azərbaycan əleyhinə mütəmadi çıxışları ilə tanınan Ayətullah Həsən Amuli əslən Livanın Cəbəl Amil bölgəsindəndir.

Məsələ ilə bağlı millət vəkili Hikmət Babaoğlu "Cebheinfo.az"-a bildirib ki, heç bir hadisə bir millətin dilinin, mədəniyyətinin və azadlığının əlindən alınması qədər kədərli və ürəkdağlıyan deyil: 

"Eləcə də, heç bir hadisə bir millətin, bir fərdinin başqa millətin şovinist ideyalarının əlində alətə çevrilərək öz millətinə böhtan atması qədər kədərli və ürəkdağlayan deyil.

Ona görə də bu gün dünyann ən kədərli, ən ürəkdağlayan hadisəsi 60 milyon İran türkünün əsarətdə qalmasıdır. Milli düşüncədən məhrum edilməsidir, robotlaşdırılmasıdır.

Cənab Amulinin timsalında öz xalqına qarşı qoyulmasıdır, əsl faciə budur. Bu, İranda və Azərbaycanda yaşayan azərbaycanlıların ortaq faciəsidir. Bu bizim hamımızın milli faciəmizdir. Ona görə də Azərbaycan güclənməlidir ki, dünyada yaşayan bütün azərbaycanlıların haqlarını qoruya bilsin. 

Onların dilini özlərinə qaytara bilsin. Onları radikal məzhəbçilikdən xilas edib həqiqi İslama qaytarsın. Bunun üçün Azərbaycan hər şeyi edir və bundan sonra da edəcək. O zaman milli kimlik, milli özünüdərk hissləri fars şovinizminə qalib gələndə Amuli kimiləri bugünkü mövqelərinə görə xəcalət çəkəcəklər və öz xalqına qarşı nifrət, böhtan yağdırdığna görə öz xalqı qarşısında üzr istəməli olacaq.

Mən Amuliyə bunu arzuluyuram ki, bir gün öz türklüyünü dərk etsin və özünü fars şovinizminin əlində alətə çevrilməsindən xilas edə bilsin. O zaman Amuli özünün nə qədər yalnış hərəkət etdiyini dərk etmiş olacaq. 

Amulini xilas etmək üçün Azərbaycan çalışır, siyasi baxımdan güclənir, beynəlxalq münasibətlər sistemində rolunu, gücünü artırır. ABŞ və digər ölkələrlə siyasi əlaqələri gücləndirir, dərinləşdirir ki, bir gün Amuli də daxil olmaqla, Güney azərbaycanlıların, İranda yaşayan türklərin haqlarını özünə qaytarsın. Ümid edirəm ki, Amuli ürəyinin dərinliklərində bunu dərk edir".

Seçilən
4
1
cebheinfo.az

2Mənbələr