AZ

Azərbaycanda ev təsərrüfatlarının internetdən istifadə etməmə səbəbləri açıqlanıb

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

2024-cü ildə Azərbaycandan ev təsərrüfatlarının internetdən istifadə etməmə səbəblərinin 37,8 %-i internetdən istifadə etmək bacarığının olmaması ilə əlaqədardır.

"Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bildirilir ki, səbəblərin 35,7 %-i internetə ehtiyac olmaması, 9,8 %-i istifadə haqqının çox yüksək olması, 0,4 %-i internetdə şəxsi məlumatların qorunmasına əminliyin olmaması, 0,2 %-i ərazidə internet xidmətinə çıxışın olmaması, 6,5 %-i internetin zərərli hesab edilməsi, 0,7 %-i internet ilə bağlı məlumatın olmaması, 0,3 %-i internetdən istifadə etməyə icazə verilməməsi, 1 %-i ərazidə texniki imkanın olmaması, 7,6 %-i digərləri ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
1
azpolitika.info

2Mənbələr