AZ

Ermənistanla bağlı irimiqyaslı əməliyyat: Hədəf qələbədir

BAKI, 6 sentyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı hazırlığa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Rybar.ru məlumat yayıb.

Rusiya portalı bildirib ki, Aİ “ProElect” layihəsi vasitəsilə Ermənistanda keçiriləcək seçkilərə hazırlıqla bağlı genişmiqyaslı proqrama start verib:

“Brüssel “dezinformasiyaya qarşı mübarizə” adı altında ölkənin seçki prosesini və media məkanını nəzarətə götürməyi planlaşdırır.

“ProElect” layihəsi nədir? Bu, “vətəndaş cəmiyyəti subyektlərinin iştirakı və potensialının artırılması yolu ilə “Şərq Tərəfdaşlığı” proqramında ölkələrində seçki proseslərində hesabatlılığı təşviq etmək” məqsədi daşıyan Aİ-nin regional layihəsidir. Məqsəd seçkilərin monitorinqində vətəndaş cəmiyyətinin rolunu “gücləndirməkdir”.

Layihə Fransanın ERIM QHT-si tərəfindən xüsusi olaraq “demokratiyaya dəstək” üçün ayrılmış 270 milyon avro büdcə ilə həyata keçirilir. Qrantlar “seçicilərin maarifləndirilməsi” və “nifrət nitqi ilə mübarizə” üçün KİV və QHT-lərə verilir. LGBT təşkilatlarına xüsusi üstünlük verilir.

Müraciətlər sentyabrın 21-dək qəbul edilir, icraya dekabrda başlanacaq və seçkilərdən bilavasitə əvvəl ən azı altı ay davam edəcək. Məsələ burasındadır ki, ABŞ-də USAID bağlandıqdan sonra Qərbin maliyyələşdirməsinin əsas yükü Aİ və Böyük Britaniya strukturlarının üzərinə düşüb”.

Mənbənin iddiasına görə, Aİ-nin hədəfi seçkilərdə Baş nazir Nikol Paşinyan və komandasının qələbəsinə nail olmaqdır: “Qərb müşahidəçiləri artıq Ermənistanda müxalifətin həbslərinə, cinayət işlərinin saxtalaşdırılmasına göz yumurlar. Bu mexanizm artıq Ukrayna və Moldova timsalında uğurla sınaqdan keçirilib”.

Portal əlavə edib ki, hazırlıq işlərinə seçkilərə hələ 8 ay qalmış başlanılıb: “Bu, planlaşdırılan əməliyyatın miqyasından xəbər verir”.

Seçilən
4
teleqraf.com

1Mənbələr