AZ

Ərəblər 19 yaşlı futbolçuya 32 milyon "saydılar"

Portuqaliya nəhəngi "Braqa" Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə anlaşıb. 

Fanat.Az xəbər verir ki, avropalılar 19 yaşlı vingeri Rocer Fernandesin Asiya təmsilçisinə keçdiyini rəsmən açıqlayıblar. 

Transfer 32 milyon avro təşkil edib. Bonuslarla bağlı şərtlər yerinə yetirilərsə, portuqaliyalılar transfer üçün əlavə 2,5 milyon avro da ala bilər. 

Rocer Fernandes "Braqa"nın yetirməsidir. O, 2023-cü ilin yayından doğma klubunun əsas komandasında çıxış edir. Portuqaliya gənclər millisinin oyunçusu klubunun heyətində ümumilikdə bütün turnirlərdə 91 oyun keçirib, 12 qol vurub və 16 məhsuldar ötürmə edib.

Mirağa

Seçilən
3
1
fanat.az

2Mənbələr