ain.az bildirir, Qaynarinfo portalına istinadən.
"İstəlinən halda hər hansı bir metodikanın insan orqanizminə tətbiqi zamanı həm təhlükəsizlik parametləri, həm də bununla bağlı tibbi göstərişlər olmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla dırnaqlarda gel lakın dəri xərçəngi yaratması ilə bağlı danışarkən deyib. Ekspert dırnaq ustalarının tibdən anlayışlarının olmadığını bildirib:
"Ulturabənövşəyi şüaların tibdə tətbiqi çoxdan istifadə olunur. Yaraların, qanın ulturabənövşəyi şüalanmasında, bəzi dəri xəstəliklərinin müalicəsində və s. Gellərin qurudulması zamanı ulturabənövşəyi şüaların ekspozisiya müddəti elə də uzun deyil. Dırnaq ətrafı zonaların gellə şüalanması zamanı xüsusi örtüklə örtülməsi şox vacibdir. Bu işlə məşğul olan dırnaq ustalarının tibdən anlayışı yoxdur. Onlar dozalama və digər məsələlərdə səhv edə bilərlər”.
Adil Qeybulla hesab edir ki, hər hansı bir prosedur, istər kosmetoloji, istərsə də gigiyenik prosedur zamanı bunların hamısı dermotoloji testlərdən keçməlidir:
"Tibbi dəyərləndirmə almalı və ondan sonra tətbiq edilməlidir. Təəssüflər olsun ki, bu problemlər indiyə kimi qalmaqdadır. Amerikada Food and Drug Administration (FDA) deyilən bir təşkilat var. Bu təşkilat dərmanların, hər cür materialın insan orqanizminə tətbiq olunması və dəyərləndiriməsinə rəy verir. Süd vəziləri və başqa orqanların böyüdülməsi zamanı istifadə olunan implantlar var. Baxmayaraq ki, dünyada implantlardan geniş şəkildə istifadə olunur, amma hələ bu günə kimi şirkət ona rəy verməyib. Gellər də onun kimi”.
Professor vurğulayıb ki, bu məsələ ayrıca tədqiq olunacaq:
"Bunun hansılsa formada təhlükəsizlik parametrlərinin yaradılması haqqında düşünələcək və yaxud da metod birdəfəlik sıradan çıxacaq”.
Bahar Rüstəmli
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.