AZ

Qazaxıstanda Təhlükəsizlik Şurasının keçmiş katibinə qarşı araşdırma başlanıb

Oxu.az saytına istinadən ain.az xəbər verir.

Qazaxıstanın İqtisadi və Korrupsiya Cinayətkarlığı ilə Mübarizə Agentliyinin keçmiş sədri Kayrat Kojamjarova qarşı məhkəməyə qədərki araşdırma başlanıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Qazaxıstan Baş Prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilib ki, onun rəhbər vəzifələrdə çalışdığı müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması faktları üzrə araşdırmalara başlanılıb.

Qeyd edək ki, Kojamjarov Qazaxıstan Təhlükəsizlik Şurasının katibi vəzifəsində də çalışıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
103
2
oxu.az

2Mənbələr