AZ

Daha bir boksçumuz dünya çempionatına qələbə ilə başladı

İngiltərənin Liverpul şəhərində kişi və qadın boksçular arasında dünya çempionatı davam edir.

Bizim.Media xəbər verir ki, mundialın ikinci günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Sübhan Mamedov (50 kq) 1/16 finalda Fredelin De Los Santosla (Dominikan Respublikası) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə məğlub edib.

O, 1/8 finalda Samet Gümüşlə (Türkiyə) qarşılaşacaq. Döyüş sentyabrın 9-da olacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə millimizin bir boksçusu rinqə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
14
15
bizim.media

10Mənbələr