AZ

Bu şəxslərin ABŞ-a girişi qadağan edildi

ABŞ Dövlət Departamenti Mərkəzi Amerika ölkələrinin bir qrup vətəndaşına qarşı yeni sanksiya qərarı açıqlayıb.

Milli.Az xəbər verir ki, məlumata görə, həmin şəxslər Çin Kommunist Partiyası (ÇKP) ilə əməkdaşlıqda, qanunun aliliyinə zidd fəaliyyətləri istiqamətləndirməkdə, maliyyələşdirməkdə və ya dəstək verməkdə ittiham olunurlar.

Yeni siyasətə əsasən, bu fəaliyyətlərdə iştirak edən şəxslərə və onların yaxın ailə üzvlərinə ABŞ vizası verilməyəcək. Dövlət Departamenti bəyan edib ki, bu qadağa artıq qüvvəyə minib və tətbiq ediləcək tədbirlər davamlı xarakter daşıyacaq.

Milli.Az

Seçilən
1
milli.az

1Mənbələr