"Bavariya"nın hücumçusu Harri Keyn İngiltərə yığmasının 2024/25 mövsümünün bombardiri seçilib.
Operativ Media xəbər verir ki, forvard millidə keçirdiyi 9 oyunda 7 qol vurub.
"2024/25 mövsümündə İngiltərənin bombardiri olmaq böyük şərəfdir. Bu köynəyi geyinmək və ölkəmi təmsil etmək mənim üçün hər şey deməkdir. Qarşıda daha çox şey var!", - futbolçu sosial şəbəkə hesabında yazıb.
32 yaşlı Keyn 107 oyunda 73 qol vurmaqla İngiltərənin bütün zamanların ən yaxşı bombardiridir.