AZ

SAXAL Qəzzanın cənubunda yeni humanitar zona yaratdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İsrail Müdafiə Ordusu (SAXAL) Qəzzanın cənubunda - Xan Yunisdə yeni humanitar zona yaradıldığını elan edib.
Oxu.Az bu barədə ordunun Mətbuat Xidmətinə istinadla xəbər verir.
"Qəzza şəhərində manevrlərin genişləndirilməsi və HƏMAS terrorçularının dayaq məntəqələrinin "Gideonun Döyüş Arabaları 2" əməliyyatı çərçivəsində ələ keçirilməsi ilə əlaqədar olaraq, İsrail Müdafiə Ordusu 6 sentyabr 2025-ci il tarixində Xan Yunisdə humanitar zona elan edir", - deyə məlumatda bildirilib.
Humanitar zona səhra xəstəxanalarını, su kəmərlərini, şor suyu şirinləşdirici qurğuları, həmçinin ərazinin ərzaq, çadır, dərman və tibbi avadanlıqlarla müntəzəm təchizatını əhatə edəcək.
Qeyd olunub ki, ərazidə humanitar yardım və infrastrukturun uyğunlaşdırılması BMT və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində daimi əsasda davam edəcək.
Seçilən
27
1
oxu.az

2Mənbələr