AZ

Çin və Türkiyə şirkəti külək enerjisi sahəsində əməkdaşlıq haqda saziş bağlayıb

Bakı. Trend:

Külək turbinlərinin istehsalı üzrə ixtisaslaşmış Çinin “EnvisionEnergy” şirkəti və Türkiyənin “Mensis Enerji” enerji şirkətiTürkiyədə irimiqyaslı külək enerjisi layihəsinin gerçəkləşdirilməsiçərçivəsində əməkdaşlıq haqda sziş bağlayıblar.

Trend bu barədə“Envision Energy”ə istinadən xəbər verir.

Qeyd olunu ki, tərəflər birgə şəkildə ümumilikdə 4,5Qvt gücüolan layihəni inkişaf etdirməyi planlaşdırırlar.

Əldə olunan məlumata görə, tərəfdaşlıq təmiz texnologiyalarsahəsində qlobal təcrübəni və yerli bazar üzrə dərin bilikləribirləşdirir. Layihənin həyata keçirilməsinin davamlı küləkenerjisinin inkişafını sürətləndirəcəyi, yeni iqtisadi imkanlar vəiş yerləri yaradacağı, Türkiyənin enerji infrastrukturunumöhkəmləndirəcəyi, həmçinin, 2035-ci ilə qədər ekoloji cəhətdəntəmiz enerjiyə keçid üzrə milli hədəflərə nail olunmasına töhfəverəcəyi gözlənirlir.

Qeyd edək ki, 2024-cü ilin sonuna olan göstəriciyə əsasən,Türkiyədə külək və günəş enerjisinin ümumi quraşdırılmış gücütəqribən 32 QVt təşkil edirdi. 2030-cu ilə qədər bu gücün 51 QVt-a,2035-ci ilə isə təxminən 120 QVt-a çatdırılacağı gözlənilir ki, buda mövcud göstəricilərdən demək olar dörd dəfə çoxdur.

Başqa sözlə, 2030-cu il hədəfinə nail olmaq üçün hər il ortahesabla 3,1 QVt gücündə külək və günəş elektrik stansiyalarınınistifadəyə verilməsi tələb olunur. 2030-cu ildən sonra artım tempiəhəmiyyətli dərəcədə sürətlənməli – ildə orta hesabla 13,8 QVt-açatmalıdır ki, 2035-ci il üçün müəyyən edilmiş iddialı hədəfreallaşdırılsın. Belə kəskin artım yaxın illərdə fəal addımlaratılmasını, həmçinin 2030-cu il üçün nəzərdə tutulan hədəflərinqaldırılmasının nəzərdən keçirilməsini tələb edir.

Məqalədə:
Seçilən
68
2
az.trend.az

3Mənbələr