AZ

“Mercedes-Benz” bu modellərinin istehsalını dayandırır

“Mercedes-Benz” şirkəti yeni təqdim etdiyi iki elektromobilinin istehsalını artıq gələn ildən dayandırmaq qərarına gəlib. Söhbət “EQE” sedanı və “EQE SUV”dan gedir. Bu modellər cəmi bir neçə il əvvəl - sedan 2021-ci ildə Münhen avtosalonunda, krossover isə 1 il sonra təqdim edilmişdi.

Qərar şirkətin elektrikləşmə strategiyasının daxili təftişi, model çeşidində təkrarlanmaların qarşısını almaq istəyi və aşağı satışlarla bağlıdır. ABŞ-də “EQE” satışları ötən il 39 faiz azalaraq cəmi 11660 ədədə düşüb. Modelin qiyməti 65 min dollardan başlayır, AMG modifikasiyası isə 96,6 min dollar dəyərində qiymətləndirilir. Krossoverin AMG versiyası isə daha baha, 97,4 min dollardır. Bununla belə, flaqman versiyaların yürüş məsafəsi 370 kilometrdən artıq deyil.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
14
azerbaijan-news.az

1Mənbələr