"Fənərbağça" klubu baş məşqçi axtarışlarına davam edir. 

Offsideplus.az xəbər verir ki, klubun prezidenti Ali Koç komandasının sükanı arxasına əcnəbi çalışdırıcı gətirmək istəyir. İsmail Kartalla danışıqlar aparılsa da, "Sabah" nəşri klubun Zinədin Zidan ilə görüşdüyü barədə məlumat yayıb. Bildirilir ki, fransız mütəxəssis ilkin mərhələdə "sarı-lacivərtlər"ə "yaşıl işıq göstərib" və maliyyə məsələlərində razılıq əldə olunarsa, komandanı çalışdıracaq. 

Qeyd edək ki, Z.Zidan 2015-16, 2016-17, 2017-18-ci illərdə "Real Madrid" klubu ilə Çempionlar Liqasını qazanıb.