“Hazırda Rəqsanə İsmayılova ilə bağlı hər hansı yenilik yoxdur”.
Bu sözləri Globalinfo.az-a dələduzluqda ittiham edilərək saxlanılan müğənni Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev bildirib.
Onun sözlərinə görə, müğənninin azadlığa çıxması üçün yaxın günlərdə yenidən məhkəməyə müraciət ediləcək:
“Konkret tarix deyə bilmərəm, amma təxminən 10 gün sonra müəyyən müraciətlərimiz olacaq”.
Vəkil həmçinin Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanovun məsuliyyətə cəlb olunması məsələsinə də münasibət bildirib:
“Fazil bəy saxlanılmayıb. Sadəcə, məsələ ilə bağlı dindirilib və buraxılıb, amma saxlanılma halı olmayıb”.
Hikmət Əliyev
Hikmət Əliyev əlavə edib ki, Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması üçün kifayət qədər əsaslar mövcuddur:
“Müdafiə tərəfi olaraq hesab edirik ki, Rəqsanə xanımın azadlığa buraxılması daha doğru və ədalətli olardı. Buna görə də məhkəməyə müraciətlərimiz davam edəcək”.
Xatırladaq ki, Rəqsanə İsmayılova Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.