19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Sloveniyadakı təlim-məşq toplanışı davam edir. 

Offsideplus.az xəbər verir ki, yığmamız bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb və Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatej” stadionunda keçirilən görüş Elxan Abdullayevin yetirmələrinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.

Qeyd edək ki, beynəlxalq turnir çərçivəsində ilk oyununda İslandiya yığmasını 2:1 hesabı ilə məğlub edən U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.