
Türkiyənin Superliq nəhəngi “Fənərbağça” “Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidanla ilkin razılığa gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.
Məlumata görə, fransalı mütəxəssis əmək haqqı və müqavilə detalları ilə bağlı danışıqlar başa çatdıqdan sonra Türkiyəyə gələcək.
Qeyd edək ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə “Real Madrid”ə rəhbərlik edib. Bu müddət ərzində Kral Klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.