Sloveniyada təlim-məşq toplanışında olan Azərbaycan U-19 millisi bu gün “Slovenia Nations Cup” yoldaşlıq turnirində ikinci oyununa çıxıb.
QOL.az xəbər verir ki, yığmamız Farer adalarının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. “Çatez” stadionunda keçirilən Azərbaaycan millisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandamızın heyətində 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) fərqləniblər.
Qeyd edək ki, millimiz ilk matçda İslandiya seçməsi üzərində 2:1 hesablı qələbə qazanıb.