Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Belarusdan olan turist Elbrus dağında itkin düşüb.Bizim.Media xəbər verir ki, turistin yaxınlarının sözlərinə görə artıq 4 gündür onunla əlaqə saxlaya bilmirlər.
Bu səbəbdən də itkin düşən şəxsin yaxınları Kabardin-Balkar Fövqəladə Hallar Nazirliyindən kömək istəyiblər.
Qeyd edək ki, 26 yaşlı kişi Terskolak zirvəsinə qalxmaq üçün bölgəyə səfər edib. Bu zirvə Elbrusun cənub-şərq silsiləsində, demək olar ki, dörd min metr hündürlükdə yerləşir.Turist zirvəyə səfərini qeydiyyatdan keçirməyib.Hazırda əraziyə axtarış-xilasetmə məqsədilə helikopterlər cəlb edilib.Bizim.Media
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.