AZ

Argentina millisinin qapıçısı oynamaq istədiyi klubla bağlı qərarını verdi

ain.az bildirir, Fanat portalına istinadən.

Emiliano Martinez "Aston Villa"da oynamağa davam edəcək.

Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.

Mənbənin məlumatına görə, "Aston Villa"nın qapıçısı Emiliano Martinez karyerasını Birmingem klubunda davam etdirməyə hazırlaşır. 33 yaşlı argentinalı Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd etmək niyyətindədir. O, "Aston Villa"da daha bir mövsüm keçirməyə hazırdır. 

Qeyd edək ki, qapıçı bu yay transfer pəncərəsində “Mançester Yunayted”ə keçməyi planlaşdırsa da, “qırmızı şeytanlar”a keçidi baş tutmayıb. 

Argentina millisinin qapıçısının transfer dəyəri 20 milyon avro qiymətləndirirlər. 

Emiliano Martinez “Aston Villa”nın heyətində İngiltərə çempionatında 37 oyun keçirib, onun doqquzunda qapısını toxunulmaz saxlaya bilib.

Mirağa

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
76
1
fanat.az

2Mənbələr