AZ

“Paşinyan Allahın Azərbaycana və Türkiyəyə hədiyyəsidir...”

Yazını böyüt
Yazını kiçilt

"Onlar danışırlar. "Baş nazirin təyyarəsi Azərbaycanın hava məkanından xaricə uçdu". Təbiidir - belə də olmalıdır. Nikol Allahın Azərbaycana və Türkiyəyə hədiyyəsidir”.

Hafta.az xəbər verir ki, “Aysor” nəşrinin məlumatına görə bu fikirləri sosial şəbəkədə Xocalı canisi Robert Köçəryanın lideri olduğu “Hayastan” siyasi blokunun parlament fraksiyasının deputatı Artur Xaçatryan yazıb.

“Paşinyan göz bəbəyi kimi qorunur, mühafizə edilir. İstisna etmirəm ki, hətta bizim PPX-ya (patrul-poçt xidməti) belə, göstəriş verilir ki, onun ayağına daş da dəyməsin...

Türklər və azərbaycanlılar çox gözəl başa düşürlər ki, öz gündəmlərinə xidmət edəcək başqa belə bir xəzinə tapmayacaqlar”, -deyə davamında erməni deputat bildirir.

Seçilən
116
hafta.az

1Mənbələr