Məşhur müğənni Xatunun maraqlı etiraf edib.
Gundem.az xəbər verir ki, o, ilk peşəsindən danışıb.
"İlk peşəm jurnalistika sahəsində olub, müxbir çalışmışam. Balaoğlan Əşrəfovdan müsahibə almışdım. Çox səxavətli insan idi. Bizə demişdilər ki, ondan müashibə alanda hörmət edir. Redaktorumuzla getmişdik, bizə qonaqlıq verdi. O zamankı pulla cibimizə də 20 şirvan basıb bizi göndərdi. Çox sevinirdim. Allah ona qəni-qəni rəhmət etsin. Fikirləşirdik ki, hansı müğənninin əli açıqdırsa, ondan müsahibə alaq".