AZ

Feysbuk uzun müddət sonra bu funksiyanı geri gətirir

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Meta” şirkəti feysbuka bir zamanlar populyar olan “Poke” (“dürtmək”) funksiyasını yenidən qaytarır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat sosial şəbəkənin rəsmi instaqram hesabında paylaşılıb. 

Bildirilib ki, həmin funksiyadan feysbukun mobil tətbiqində istifadə etmək mümkün olacaq. 

Tətbiqdə kimlərin sizi “Poke” etdiyini göstərən xüsusi səhifə mövcud olacaq. 

Qeyd edək ki, “Poke” düyməsi ilk olaraq 2004-cü ildə yaradılmışdı. Lakin daha sonradan funksiyaya maraq azaldığından 2014-cü ildə tətbiqdən ləğv edilmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
6
17
qafqazinfo.az

10Mənbələr