AZ

“Tramp Venesuelada narkotik kartellərinə hücum etməyi düşünür” − CNN


“ABŞ Prezidenti Donald Tramp Venesuelada narkotik kartellərinə zərbə endirmək variantını nəzərdən keçirir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə CNN ABŞ administrasiyasının planları ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Ağ Ev hesab edir ki, bu cür hərəkətlər Venesuela Prezidenti Nikolas Maduronu zəiflətməyə yönəlmiş daha geniş strategiyanın bir hissəsi kimi faydalı olacaq.
Mənbələr qeyd edir ki, ABŞ-nin sentyabrın 2-də Venesuelanın gəmisinə endirdiyi zərbə, regionu narkotik ticarətindən təmizləmək və Maduronu hakimiyyətdən potensial olaraq uzaqlaşdırmaq üçün daha böyük səylərin yalnız başlanğıcı idi.
Sentyabrın 5-də jurnalistlərin Venesuelada hakimiyyət dəyişikliyini görmək istəyib-istəmədiyi sualına Tramp belə cavab verib:
“Biz bunu müzakirə etmirik. Amma biz görmüşük ki, Venesuelada “yumşaq desək”, çox qəribə seçkilər olub”.
Seçilən
48
1
yeniavaz.com

2Mənbələr