Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Paytaxtın Nizami rayonu ərazisində, “Koroğlu” metrosunun yaxınlığında yerləşən Böyükşor bulvarı ilə Babək prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.Avtosfer.az xəbər verir ki, hadisə zamanı "VAZ-2107" markalı 10-KB-087 nömrə nişanlı avtomobil idarəetməni itirərək "Nissan" markalı 77QR-487 nömrə nişanlı avtomobilə arxadan çırpılıb. Nəticədə “Nissan” ayırıcı səddin üzərinə çıxıb.
İlkin məlumata görə, qəza nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə səbəbindən ərazidə bir müddət nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Eltac
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.