AZ

Turist yerli qadını şantajla cinsi əlaqəyə məcbur edib

Gürcüstanda tanışını şantaj yolu ilə cinsi əlaqəyə məcbur edən əcnəbi vətəndaşa qiyabi ittiham irəli sürülüb.

Publika.az “Novosti-Qruziya” nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkə prokurorluğu məlumat yayıb.

“Şida Kartli və Mtsxeta-Mtianeti regional prokurorluqları tərəfindən aparılan istintaq təqsirləndirilən əcnəbi vətəndaşın zərərçəkmişi şəxsi həyatı əks etdirən məlumatları yaymaqla hədələyərək onu cinsi əlaqəyə məcbur etdiyini müəyyən edib”, - deyə məlumatda bildirilir.

Təqsirləndirilən şəxs “cinsi əlaqəyə məcbur etmə” və “qanunsuz saxlama", habelə “şəxsi həyatı əks etdirən məlumatları qanunsuz saxlama və yayma” maddələri ilə ittiham olunur. Bu cinayətlər 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Prokurorluq təqsirləndirilən şəxs barəsində qiyabi həbs qətimkan tədbirinin seçilməsini, bundan sonra onun barəsində axtarış elan olunmasını məhkəmədən xahiş edib.

Seçilən
80
publika.az

1Mənbələr