AZ

Fitso: Ukraynanın Aİ yə üzvlüyü prosesi çox çəkəcək

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olması prosesi çox uzun çəkəcək.

Bu proqnozu Slovakiyanın Baş naziri Robert Fitso ölkə radiosunun "Şənbə dialoqları" proqramında cümə günü Ujqorodda Ukrayna lideri Volodimir Zelenski ilə görüşünə münasibət bildirərkən deyib.

"Ukrayna (Aİ) üzvlüklə bağlı bütün şərtləri yerinə yetirməlidir". Ukraynanın qoşulması prosesi çox uzun çəkə bilər", - o  qeyd edib.

Fitso bu barədə Zelenskiylə danışdığını bildirib.

"O, böyük Aİ ölkələrinin Ukraynanın İttifaqa daxil olması üçün böyük maneələr yaradacağına hazır olsun. Onlar başa düşürlər ki, belə böyük bir ölkənin qəbulu kənd təsərrüfatı siyasətində və (İttifaq daxilində) maliyyə bölgüsündə əhəmiyyətli dəyişikliklərə səbəb olacaq", - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, Slovakiya Aİ-nin Ukrayna hesabına genişləndirilməsi planlarının həyata keçirilməsini dəstəkləyir və Kiyevin icmaya qəbulu zamanı əldə etdiyi təcrübəsini bölüşməyə hazırdır.

/report

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
3
azxeber.com

4Mənbələr