“Borussiya Dortmund” futbolçusu Salih Özcanın transfer qiymətini açıqlayıb.
Fanat.Az xəbər verir ki, türk əsilli yarımmüdafiəçi üçün müəyyən edilən məbləğ 5 milyon avro olub.
Bu barədə məlumatı "BILD" nəşri yayıb.
Qeyd edək ki, Salih Özcan “Köln”dən “Borussiya Dortmund”a transfer olunub və Almaniya Bundesliqasında 30-dan çox oyunda meydana çıxıb. Futbolçu həmçinin Türkiyə millisinin də üzvüdür.