AZ

Azərbaycan cüdoçuları Avropa çempionatının üçüncü günündə medal qazana bilməyiblər

Azərbaycanın daha dörd cüdoçusu Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən gənclər arasında Avropa çempionatında mübarizəyə start verib.

Day.Az xəbər verir ki, yarışın üçüncü günündə Aslan Kotsoyev ( 90 kiloqram ), Davud Namazlı (100 kiloqram), Süleyman Şükürov (100 kiloqram) və Nigar Süleymanova (78 kiloqram) qüvvələrini sınayıblar.

A.Kotsoyev 1/8 finalda, digərləri isə ilk görüşlərdə məğlub olublar.

Sentyabrın 7-də Avropa çempionatında komanda yarışları baş tutacaq.

Daha əvvəl Nihad Məmişov (60 kiloqram) və Məhəmməd Musayev (57 kiloqram) qızıl, Nizami İmranov (66 kiloqram) bürünc medal qazanıblar.

Seçilən
1
2
day.az

3Mənbələr