AZ

Taekvondo üzrə dünya çempionu Emin həbs olunub

Rusiyada taekvondo üzrə dünya çempionu Emin Çetinbaq həbs olunub. 

AzPost bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Onunla bərabər keçmiş polis əməkdaşları da daxil olmaqla daha 5 nəfər Moskva vilayətində vətəndaşlardan kriptovalyuta tələb etməkdə ittiham olunurlar.

“Cinayətkar qruplaşmanın altı üzvü, o cümlədən polis idarələrindən birinin keçmiş əməliyyatçıları və taekvondo üzrə dünya çempionu Emin Çetinbağ haqqında cinayət işi araşdırılır”, – deyə Komitə Telegram kanalında bildirib.

İdarədən verilən məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadədə və dələduzluqda  ittiham olunurlar.

İstintaqın məlumatına görə, cinayətkar qrupun təşkilatçısı 2025-ci ilin fevralında Emin Çətinbaq və polis idarələrindən birinin əməliyyatçılarını Moskva vilayətində ağır cinayətlər törətməyə cəlb edib. “Təşkilatçı kriptovalyuta ilə məşğul olan və sərəncamında külli miqdarda pulu olan vətəndaşları aşkar edib. Bundan sonra Çetinbaq zərərçəkmişlərlə yaxşı tanış olmasından istifadə edərək, onlarla görüş təyin edib, vəziyyəti yoxlayıb və onların yerləşdiyi yer barədə digər iştirakçılara məlumat verib”, – məlumatda deyilir.

Rusiya Federasiyasının İstintaq Komitəsi bəyan edib ki, şəriklər özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edərək xidməti vəsiqələrini göstəriblər, sonra isə əməliyyat tədbirləri həyata keçirəcəkləri, polis bölməsinə aparılacaqları və törətdikləri cinayətlərə, o cümlədən terror fəaliyyətinə yardım etdiklərinə görə saxlanılacaqları ilə hədələyiblər.

“Sonra cinayəti törədən şəxslər hədə-qorxu ilə pul tələb edib və təzyiq altında zərərçəkmişlərdən mobil telefonlarını müsadirə edib, onların birjalardakı bank hesablarını yoxlayıb və azadlıq müqabilində rəqəmsal aktivlərin dərhal ötürülməsini tələb ediblər”, – məlumatda deyilir.

Agentliyin məlumatına görə, Moskva sakinlərinə 4 milyon rubldan çox maddi ziyan dəyib.

“İstintaq cinayətkar qrupun beş üzvünə qarşı ittiham irəli sürüb və həbs qətimkan tədbiri seçib. Daha bir təqsirləndirilən şəxs barəsində axtarış elan edilib”, – deyə Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatında deyilir.

Dünya taekvondo çempionunun atası Baza teleqram kanalına bildirib ki, oğlu onunla bir həftə əvvəl əlaqə saxlayıb, anası isə israrla Emin Çətinbağın hərbi xidmətdə olduğunu və həbs olunmadığını bildirib.

Emin Çətinbağ beynəlxalq dərəcəli idman ustası, taekvondo üzrə dünya çempionudur. 2023-cü ildə Bişkekdə keçirilən dünya çempionatında Rusiya millisinin tərkibində qızıl və çempion kəməri, eləcə də komanda döyüşlərində qızıl medal qazanıb.

AzPost.az

Seçilən
68
16
azpost.info

10Mənbələr