AZ

Ağcabədidə iki minik avtomobili toqquşub, yaralılar var

AĞCABƏDİ, 6 sentyabr. TELEQRAF

Ağcabədidə iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, hadisə Hindarx Borsunlu avtomobil yolunun rayonun Poladlı kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan "Mercedes" markalı10 GK 042 dövlət nömrəli avtomobil hərəkətdə olan "VAZ"21011 markalı 60 BD 542 dövlət nömrəli avtomobillə toqquşub.

Nəticədə "VAZ"markalı avtomobildə olan 1962-ci il Pənah Nəcəfov və 1965-ci il təvəllüdlü sürücü Filman Xuduyev ağır xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb

Seçilən
3
3
teleqraf.com

10Mənbələr