AZ

Məşhur futbolçu ağır cəzalandı

Luis Suares gözlənilən aqibətlə üzləşib.

"Football-plus.az" xəbər verir ki, məşhur futbolçu ağır cəzalanıb.

“İnter Mayami”nin hücumçusu Liqalar Kubokunun sentyabrın 1-də keçirilən finalında “Sietl Saunders”ə məğlubiyyətdən (0:3) sonra rəqib klubun əməkdaşlarından birinə tüpürməsi səbəb olub. 38 yaşlı uruqvaylı futbolçu bu hərəkətinə görə 6 oyunluq cəzaya layiq bilinib.

Əlavə edək ki, matçdan sonra rəqib məşqçilər və futbolçular arasında ciddi qarşıdurma yaşanmışdı. Bu səbəbdən “Sietl Saunders”in məşqçisi Stiven Lenhart 5, Suaresin oyundaşları Tomas Aviles 3, Serxio Buskets isə 2 oyunluq cəza alıb.

Seçilən
12
football-plus.az

1Mənbələr