Tarixində ilk dəfə Çempionlar Liqasının liqa mərhələsində oynayacaq “Kayrat”da qəribə hadisə baş verib.
"Football-plus.az" xəbər verir ki, Luka Qadrani Qazaxıstan klubundan ayrılıb. 28 yaşlı gürcüstanlı mərkəz müdafiəçisi İsrailin “Beytar” komandasına satılıb. Xarici KİV-ə əsasən, transferin dəyəri təxminən 100 min avro təşkil edib.
Qeyd edək ki, Lukanın adı “Kayrat”ın Çempionlar Liqasının liqa mərhələsi üçün sifariş olunmuş heyətinə daxil edilmişdi.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta