AZ

Ukraynada Rusiyaya işləyən deputat həbs edildi

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları ölkə ərazisində IX çağırış Ali Radanın xalq deputatını saxlayıblar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, Ukrayna ərazisində qadağan edilmiş “Müxalif platforma – Həyat uğrunda” partiyasından olan deputat dövlətə xəyanət şübhəsi ilə axtarışda olub.

İstintaqın məlumatına görə, o, Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun başlamasından xeyli əvvəl Rusiya Federal Təhlükəsizlik Xidməti tərəfindən əməkdaşlığa cəlb olunub və bu ölkənin xüsusi xidmət orqanlarının tapşırıqlarını fəal surətdə yerinə yetirib.

O saxlandıqdan sonra məhkəməyə çatdırılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

UTX saxlanılmış xalq deputatının adını çəkməsə də, işin bütün halları Fyodor Xristenkoya işarə edir. Məhz cari ilin iyulunda onu axtarışa vermişdilər.

Seçilən
2
3
editor.az

3Mənbələr