AZ

SOCAR ilə “UCC Holding” arasında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb

Bakı. Trend:

SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerjibazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşmamemorandumları imzalanıb.

Bu barədə Trend-əSOCAR-dan məlumat verilib.

Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ınMüşahidə Şurasının sədri Mikayıl Cabbarovun, “UCC Holding”in sədriMoutaz əl-Xayyatın və digər yüksək səviyyəli rəsmi şəxsləriniştirakı ilə keçirilən tədbirdə sənədləri SOCAR-ın prezidentiRövşən Nəcəf və “UCC Holding”in prezidenti Ramez əl Xayyatimzalayıblar.

Anlaşma memorandumları enerji dəyər zəncirinin bütünistiqamətləri, o cümlədən neftin və qazın kəşfiyyatı, hasilatı,nəqliyyat və saxlanma infrastrukturunun inkişafı, emal vəneft-kimya layihələri, xam neft, neft məhsulları və aviasiyayanacağının ticarəti və təchizatı, həmçinin yüksək səmərəliliyəmalik kombinə edilmiş qaz turbinli elektrik stansiyalarınıntikintisi sahələri üzrə əməkdaşlığı əhatə edir.

Azərbaycan və Qətər hökumətlərinin dəstəyi ilə Suriya ƏrəbRespublikasında enerji sektorunun bərpasının sürətləndirilməsinədair imzalanmış sənəd Suriyanın ümumi inkişafı üçün mühüm əhəmiyyətdaşıyır. Tərəfdaşlıq Suriyanın əsas enerji infrastrukturunun müasirtəcrübələr və standartlar əsasında yenidən qurulmasına töhfəverəcək.

Şirkətlər arasında imzalanmış ikinci sənəd isə SOCAR və “UCCHolding”in digər ölkələrdə əməkdaşlığını və beynəlxalq enerjibazarlarında birgə layihələrin həyata keçirilməsini nəzərdətutur.

Seçilən
19
21
az.trend.az

10Mənbələr