Əfqanıstan hakimiyyəti avqustun 31-də baş vermiş güclü zəlzələdən sonra axtarış-xilasetmə əməliyyatını başa çatdırıb.
Operativ Media xəbər verir ki, bu barədə Kunar vilayətinin qubernatoru Qüdrətullah Əbu Həmzə Əl-Cəzirə telekanalına bildirib.
"Zəlzələdən sonra sağ qalanların axtarışı başa çatıb. Ölənlərin sayı 2204, yaralı sayı isə 4000-ə yaxındır", o, qeyd edib.