AZ

“Trabzonspor” Ernest Muçini “Beşiktaş”dan icarəyə götürdü

“Trabzonspor” “Beşiktaş”ın futbolçusu Ernest Muçini transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, alban oyunçu 2025/26 mövsümü üçün satın alma opsionu ilə birlikdə icarəyə götürülüb.

 “Trabzonspor” “Beşiktaş”a 1 milyon avro + ƏDV icarə haqqı ödəyəcək. Bu məbləğ 3 hissə üzrə ödəniləcək. Satın alma opsionundan istifadə olunacağı təqdirdə, “Beşiktaş”a 8 milyon 500 min avro + ƏDV məbləğində transfer haqqı 5 hissə üzrə ödənəcək.

Bildirilib ki, 1+3 illik müqavilə çərçivəsində Muçinin 2025/26 mövsümündəki bütün maliyyə xərclərini “Trabzonspor” qarşılayacaq.

Seçilən
90
90deqiqe.az

1Mənbələr