AZ

“Viniusiusun ehtiyatda qalması cəza deyil”

“Barselona” və Braziliya millisinin sabiq hücumçusu Rivaldo “Real”ın cinah oyunçusu Viniusius Juniorun çıxışını şərh edib.

90deqiqe.Az-ın məlumatına görə, "Madrid Xtra" sabiq futbolçunun dediklərini belə çatdırıb. 

“Xabi Alonso əla məşqçidir və həmçinin çox yaxşı oyunçu olub. O, Vini kimi oyunçuların nə düşündüyünü çox yaxşı başa düşür. Bəzən vacib oyunçuların oyununa dəyişikliklər etmək lazım gəlir. Xabi, hər məşqçi kimi, komandadan maksimum nəticə gözləyir. O bilir ki, Viniusius önəmli oyunçudur və ondan maksimum nəticə almağın yolunu tapır.

Mən hesab etmirəm ki, Vini ehtiyatda qalması cəzadır. Xabi onu əvəzetmə üçün çıxardı ki, onun ən yaxşı keyfiyyətlərini göstərə bilsin. Bu, Viniusiusun inkişafını təmin edən strategiyadır və nəticələr artıq görünür. O, qol vurmağa başlayıb.”

Qeyd edək ki, Viniusius La Liqanın 2-ci turunda “Oviedo” ilə oyuna ehtiyatda başlamış, meydança çıxandan sonra isə qol vurmağı bacarmışdı. Növbəti matçda braziliyalı futbolçu yenidən fərqlənib.

Seçilən
60
90deqiqe.az

1Mənbələr