AZ

Barselona onunla yeni müqavilə imzalamaq niyyətində deyil

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Barselona" hücumçusu Robert Levandovski ilə müqaviləni yeniləmək niyyətində deyil. 

QOL.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb. 

Onun klubla müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun özü də komandadan ayrılmaq istəyindədir. Kataloniya təmsilçisi iqtisadi problemlər səbəbindən polşalı oyunçunun əvəzlənməsi üçün yeni transferlərə deyil, daxili resurslara üstünlük verəcəklər. 

Bildirilir ki, "Barselona" 25 yaşlı Ferran Torresin hücumçu mövqeyində daimi şəkildə oynaması variantını nəzərdən keçirir.

Qeyd olunur ki, hazırkı mövsümdə Torres əsas hücumçu kimi özünü təsdiqləməlidir. İspaniyalı futbolçu klubun idman direktoru Deku və baş məşqçi Hans-Diter Flikin etimadını qazanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
2
qol.az

10Mənbələr