Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində yük avtomobili körpüdən aşaraq minik avtomobilinin üzərinə düşüb.
Xezerxeber.az-ın məlumatına görə, hər iki sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Onların meyitlərini xilasedicilər çıxarıblar. Yük avtomobilində olan dəmirlərin yola tökülməsi ətrafda olan maşınlara xeyli ziyan vurub.
Hadisə zamanı yaralanan 25 və 23 yaşlı şəxslərə döş qəfəsinin səthi travması və qarın divarının əzilməsi diaqnozu təyin olunub. Zəruri tibbi xidmət göstərildikdən sonra hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. 1978-ci il təvəllüdlü (kişi cinsli) şəxs tibb müəssisəsinə aqonal vəziyyətdə hospitalizasiya olunub. Ona CPR dəstəyi (ürək-ağciyər reanimasiyası) tətbiq olunsa da bioloji ölüm faktı qeydə alınıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.