AZ

“Azərbaycan siyasətinin İo-Kio babası” – Deputatın yazısı...

Əli Kərimli adında üz qarası yenə nağıllar aləminə səyahət edərək yekə - yekə danışıb və buyurub ki, guya onu Varşava Təhlükəsizlik Forumuna dəvət ediblər. 
Yadıma bir anlıq Cəmil Həsənlinin hallüsinasiyaları düşdü. O da eynən Kərimli kimi yuxuda gördüklərini səhər çarpayıdan durar-durmaz dərhal mediaya nəql edirdi. Hətta bir dəfə lap uzağa gedərək demişdi ki, guya Amerikanın, Britaniyanın bütün nüfuzlu Universitetləri dəvət mövzusunda buna görə növbəyə dayanıblar.  
Xəyalpərəst gədələr!
Kim dəvət edib, nə vaxt dəvət edib?
Siz olasız, dəvət ola, dəvətnaməni paylaşmayasız, tirajlamayasız?
Ən əsası: nə adla dəvət ediblər? Hansı formatda dəvət ediblər?
Şar üfürən kimimi, baxçada həşərat qovlayan kimimi, yoxsa iclas zalında "lampoçka” dəyişən kimimi?
Nəfəsiniz belə yalandır, xəbəriniz varmı?
Özlərinə oxşayan bir-iki hərdəmxəyala ağız açırlar, fotoşopla sənəd düzəltdirirlər, ya da nə bilim, xaricdəki hansısa baqqalın, dərzinin, "parkovşik”in telefonundan öz nömrələrinə mesaj yazdırırlar, sonra da başlayırlar ki, mötəbər bir məclisə dəvət almışam. 
Saxtakarlar!
Sizi Avropaya, sanballı tədbirlərə heç "zontik” tutmaq, "yelpik” yelləmək üçün belə çağırmazlar! O ki qala, söhbət eləməyə və müzakirə aparmağa. 
Çünki, havasınız, sabun köpüyüsünüz, məchulsunuz, tarixin zibilliyinə çoxdan gömülən dəxilsizlərsiniz, mənasızlarsınız!
Ona görə....fantaziya quranda bir az inandırıcı qurun. Çox demirəm, azca.
İo-Kio babalığınızı, kopperfildliyinizi də ətrafdakı 3-5 qaraguruhçuya saxlayın.
Verin əl- ələ, qalın baş-başa, yaşayın öz yalanlarınıza inana-inana.
Zatən düz deyiblər ki, bu həyatda ən xoşbəxt adam əslində nə qədər bədbəxt olduğunu anlamayandır... 


 



Seçilən
14
2
7news.az

3Mənbələr