AZ

 “Beşiktaş” “Arsenal”ın futbolçusu üçün hərəkətə keçib

 İngiltərənin “Arsenal” klubunun futbolçusu Leandro Trossard karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, belçikalı futbolçunun xidmətində “Beşiktaş” klubu maraqlıdır. İstanbul təmsilçisi artıq sözləşməsi bir il sonra başa çatacaq və komandada kifayət qədər oyun imkanı tapa bilməyən 30 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

London klubu Trossard üçün “Beşiktaş”dan 20 milyon funt sterlinq məbləğində transfer haqqı tələb edib.

Qeyd edək ki, Trossard son 2,5 ildə “Arsenal”də 125 oyuna çıxıb, 28 qol vurub və 23 məhsuldar ötürmə edib.

Seçilən
119
90deqiqe.az

1Mənbələr