Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında 4-cü turun oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
4-cü turun görüşləri sentyabrın 14-də və 15-də keçiriləcək. “Qarabağ”ın U-19 komandasının UEFA Gənclər Liqasındakı oyunu ilə əlaqədar olaraq, 14 sentyabrda keçirilməli olan “Qarabağ-2” – “Turan Tovuz-2” görüşü 23 sentyabrda baş tutacaq.
Əvəzedicilər Liqası
4-cü tur
14 sentyabr
“Kəpəz-2” – “Araz-Naxçıvan-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 16:00.
“Qəbələ-2” – “Sumqayıt-2”
Qəbələ şəhər stadionu (ehtiyat meydança), 16:00.
15 sentyabr
“Zirə-2” – “Şamaxı-2”
Binə qəsəbə stadionu, 16:00.
“Neftçi-2” – “Sabah-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 17:00.