Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Qətərə səfəri çərçivəsində bu ölkənin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin qəbulunda olub.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazir özünün "X" hesabında paylaşım edib.
Görüş zamanı iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişləndiyi vurğulanıb.
Həmçinin ikitərəfli iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətləri müzakirə olunub.
"Cebheinfo.az"