AZ

Əli Əkbər Vilayəti: BMT tezliklə unudulacaq

BAKI, 6 sentyabr. TELEQRAF

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Tyantszin sammitinin nəticələri açıq şəkildə göstərdi ki, Qərbin yolu ilə gedən BMT tezliklə unudulacaq və yeni, çoxqütblü dünyanın yaradılmasına başlanacaq.

Teleqraf xəbər verir ki, bunu İranın Ali Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti deyib.

Onun sözlərinə görə, Çin, Rusiya, İran, Cənubi Afrika, Braziliya və Hindistandan ibarət ŞƏT və BRİKS bir-birindən ayrılmazdır.

"Gələcək dünya keçmişdən fərqli olaraq fərqli formada, fərqli məzmunda olacaq", - Xamneyinin müşaviri əlavə edib.

Seçilən
5
2
teleqraf.com

8Mənbələr