Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qazax rayonunun Xanlıqlar kəndində yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “VAZ 2107” və “Opel” markalı avtomobillər toqquşub.
Qəza nəticəsində 1992-ci il təvəllüdlü N.Bayramov, 1989-cu il təvəllüdlü V.Salehov və 1992-ci il təvəllüdlü N.Rəşad xəsarət alıb.Onların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.