AZ

Maks Ferstappen "Formula-1"üzrə İtaliya Qran-prisində təsnifat mərhələsinin qalibi bəlli oldu

“Mercedes-Benz” 12 ildən sonra əfsanəvi G sinif kabrioletinin (G-Klasse Cabrio) istehsalına yenidən başlayacaq.

Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkətin “IAA Mobility 2025” sərgisindən öncə paylaşdığı qısa tizerdə məlumat verilib.

“Mercedes-Benz” üstü açılan G sinif modelini 2013-cü ildə istehsaldan çıxarıb. Hazırda bu nadir modellər kolleksiyaçılar tərəfindən yarım milyon avroya qədər qiymətləndirilir. “Mercedes” 2017-ci ildə daha eksklüziv “Maybach G 650 Landaulet” modelini təqdim edib. Lüks seqmentə aid bu avtomobil 630 at gücündə V12 mühərriklə təchiz edilib və təxminən 750 min avroya satılıb. Adi G sinfi modelləri isə 125 min avrodan başlayan qiymətlərlə təklif olunur.

G sinfinə aid yeni nəsil kabriolet ilk dəfə ABŞ bazarında da təqdim ediləcək. Modelin satış tarixi və qiyməti barədə məlumat verilməyib. G sinfinin genişlənməsi brendin premium SUV seqmentində mövqelərini daha da gücləndirəcəyi gözlənilir.(azərtac)

Seçilən
7
avtosfer.az

1Mənbələr